2022-ci ilin yanvar-mart aylarında əhaliyə 1 milyard 613 milyon manat pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər həyata keçirilib. Bu haqda aprelin 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6% və ya 89,7 milyon manat çoxdur.
Xatırladaq ki, cari ilin əvvəlindən əməkhaqqı, pensiya və müavinətlər, təqaüdlər növbəti dəfə artırılıb. Bu artımlar üçün illik əlavə 2,1 milyard manat vəsait ayrılıb. Artımlar 3,4 milyon nəfərə şamil olunub.