Bu gün, aprelin 1-də Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə Avropa çempionatında yunan-Roma güləşçisi Beka Kandelaki (130 kq) erməni rəqibinə qalib gəlib.
Təmsilçimiz David Ovasapyanı 5:1 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb.