2021-ci ildə idmançılarımız beynəlxalq yarışlarda ümumilikdə 519 medal qazanıblar. Onlardan 227-si Olimpiya, 292-si isə qeyri-olimpiya medallarının payına düşüb. Əldə olunmuş medallardan 179-u qızıl, 147-i gümüş, 193-ü isə bürünc medal olub. Bu haqda 30 dekabrda Gənclər və İdman Nazirliyinə istinadən Report məlumat verib.