Erməni hərbi qulluqçuları qorxu və təşviş içində mövqelərini tərk edir. Bu haqda noyabrın 16-da Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, qarşı tərəfin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib.
“Ermənistana məxsus döyüş texnikası sıradan çıxarılıb. Əməliyyat taktiki üstünlük bölmələrimizin tərəfindədir. Sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır”, - deyə nazirliyin açıqlamasında bildirilir.
Noyabrın 16-sı saat 11:00 radələrində Ermənistan silahlı qüvvələri qəfil hərbi əməliyyata başlayaraq Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib. Nəticədə iki hərbi qulluqçumuz yaralanıb.