Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilib. Bu haqda 17 dekabr tarixində Nazirlikdən Reporta məlumat verilib.
Bildirilib ki, hərbi məhsulların istehsal həcmi ötən illə müqayisədə 10% artıb. Bu məhsulların 60%-dən çoxu ixrac olunub.
“Ötən il 156 adda silah və hərbi texnikanın yaradılması həyata keçirilib”, - deyə müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov bildirib. O, həmçinin əlavə edib ki, hazırda 66 adda müasir tipli silah və hərbi texnikanın yaradılması nəzərdə tutulub və gələn ilin birinci yarısı istehsala başlanılacaq.