Dünən, noyabrın 16-da şahmat üzrə Avropa çempionatının 5-ci turunun görüşləri keçirilib.
Kişilərdən ibarət yığma Rusiya ilə, qadınlar isə Ukrayna ilə heç-heçə edib.
Noyabrın 18-i keçiriləcək 6-cı turda kişilər Ermənistanla, qadınlar isə İtaliya ilə qarşılaşacaq. Bugün turnirdə istirahət günüdür.