Noyabrın 13-də və 14-də şahmat üzrə Avropa çempionatının 2-ci və 3-cü turunun oyunları keçirilib.
Kişilərdən ibarət yığma komanda 2-ci turda Serbiyaya 3:1, 3-cü turda isə Almaniyaya 2,5:1,5 hesabı ilə qalib gəlib. Almaniya ilə oyunda yeganə qələbəni Şəhriyar Məmmədyarov qazanıb, qalan görüşlər isə heç-heçə bitib.
Qadınlar isə 2-ci turda İsveçə 4:0 qalib gəlsələr də, 3-cü turda Gürcüstan yığmasına 1:3 hesabı ilə məğlub olublar.
Beləliklə 3 turdan sonra kişilərdən ibarət yığma komanda 1-ci, qadınlar isə 6-cı yerdə qərarlaşıb.
Bugün, noyabrın 15-də keçiriləcək 4-cü turda kişilər Macarıstanla, qadınlar isə Almaniya ilə görüşəcək.