Bu günə qədər ümumilikdə 20 minə yaxın şəxsin koronavirus peyvəndinə qarşı əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib. Bu barədə oktyabrın 14-də Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, əks-göstəriş sertifikatı üçün vətəndaş qeydiyyatda olduğu ərazi poliklinikasına müraciət etməlidir. Poliklinika həmin müraciət edən şəxsdən vaksinin əks-göstəriş olması üçün əsas tələb edir. Vətəndaş da bunun üçün poliklinikaya lazım olan epikriz və ya digər sənədləri təqdim edir.
Şəxsin sənədləri poliklinika tərəfindən toplanaraq xüsusi komissiyaya göndərilir. Həmin komissiya sənədləri və xəstəlik növünü araşdırandan sonra qərar verir və həmin qərarı vətəndaşa göndərir.