2021-2022-ci tədris ilində ölkənin 55 şəhər və rayonunda 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Bu haqda oktyabrın 7-də Təhsil Nazirliyi məlumat verib.
Layihənin əsas məqsədi icma əsaslı qruplar vasitəsilə nəzərdə tutulmuş regionlarda 3-5 yaşlı uşaqların məktəbəqədər təhsildə iştirakını artırmaq, valideynlərin təhsil prosesinin monitorinqdə fəal iştirakı nəticəsində məktəb-icma əlaqələrinin gücləndirməkdir.