Ölkədə oktyabrın 22-də satışına start verilən “Apple Watch Series 7” saatlarının qiyməti 1099 manatdan başlayır. Bu barədə “Apple” şirkətinin rəsmi tərəfdaşları məlumat verib.
Məhsul şirkətin rəsmi resellerləri olan “Alma Store”, “Kontakt Home”, “Irshad”, “Baku Electronics” və “Myshops”un mağazalarında satışa çıxarılıb.
Sözügedən saatlar sentyabrın 14-də ictimaiyyətə təqdim olunub. Bu modeldə əsas yenilik QWERTY klaviaturasının olmasıdır. Həmçinin saatın displeyi “Series 6”-dan 20%, “Series 3”-dən isə 50% daha böyükdür.
Bundan başqa, “Series 7” modeli ilə qandakı oksigenin səviyyəsini ölçmək mümkündür. Onun sayəsində istənilən yerdə EKQ etmək olar.