Cari ildə 110 uşaq övladlığa verilib ki, onlardan 57-si qız, 53-ü oğlandır. Bu barədə dekabrın 27-də Sosial Xidmətlər Agentliyindən Apa-ya məlumat verilib.
Övladlığa verilən uşaqlardan 75-i 0-3 yaş, 27-si 4-11 yaş, 8-i isə 12-18 yaş arasında olub. 63 uşaq yaxın qohum tərəfindən övladlığa götürülüb. Əcnəbilər tərəfindən övladlığa götürmə olmayıb.
Müəssisədən övladlığa verilən 22 uşaqdan 17-si evli valideyn-namizəd, 5-i subay valideyn-namizədlər tərəfindən övladlığa götürülüb.
Övladlığagötürmə prosesinin təfərrüatları ilə adoption.mlspp.gov.az sayt vasitəsilə tanış olmaq olar.