Paytaxtın Sabunçu rayonunda 23 yaşlı qadın həyat yoldaşı təfərindən qətlə yetirilib. Bu haqda noyabrın 30-da Baş Prokurorluq məlumat yayıb.
Hadisə Pirşağı qəsəbəsində qeydə alınıb. Bildirilir ki, mərhumun əri 1990-cı il təvəllüdlü Şəhriyar Ələsgərov aralarında yaranmış mübahisə zamanı ona bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
Ölkədə 2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib. Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.