Ölkədə noyabrın 10-u saat 11:00-dan etibarən şagirdlərin yerdəyişməsinə başlanılır. Bu barədə Təhsil Nazirliyi məlumat verib.
Məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər elektron portal vasitəsilə yerdəyişmədə iştirak edə bilərlər.
Qeyd edək ki, sözügedən proses sentyabrın 12-də tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar müvəqqəti dayandırılmışdır.