2021-ci ilin sentyabrın 1-nə olan məlumata əsasən, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8,5 milyard manat təşkil edib. Əmanətlərin 55,3%-i milli valyutada yerləşdirilib. Bu barədə məlumat 19 oktyabr tarixində dərc olunan Dövlət Statistika Komitəsinin hesabatında əks olunub.
Milli valyutada əmanətlərin həcmi 4,7 milyard manat təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 32,3% artıb. Xarici valyutada əmanətlərin həcmi isə 10,9% azalaraq 3,8 milyard manat təşkil edib.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətlərinin həcmi 8,7% artıb.