2021-ci ilin okyabrın 1-nə olan məlumata əsasən, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8,838 milyard manat təşkil edib. Əmanətlərin 56,4%-i milli valyutada yerləşdirilib. Bu barədə məlumat 15 noyabr tarixində dərc olunan Dövlət Statistika Komitəsinin hesabatında əks olunub.
Milli valyutada əmanətlərin həcmi 4,98 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38% artım deməkdir. Xarici valyutada əmanətlərin həcmi isə 8,7% azalaraq manat ekvivalentində 3,87 milyard manat təşkil edib.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətlərinin həcmi 12,8% artıb.