İsmayıllı rayonunun Zərnava kəndində noyabrın 15-də yeni seysmik stansiya quraşdırılıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu ölkədə tikilən sayca üçüncü seysmik stansiyadır.
Layihə çərçivəsində 22 yeni seysmik stansiyanın yaradılmasını nəzərdə tutulur. Həmin stansiyaların on ikisi palçıq vulkanlarının ətrafında quraşdırılacaq. Beləliklə, ölkədə seysmik stansiyaların sayı 84-ə çatacaq.
Bundan əvvəl, Daşkəsən rayonunda yeni seysmik stansiyanın quraşdırılması işləri başa çatmışdır.