2022-ci ilin yanvar-fevral ayları ərzində onlayn kassa üzrə dövriyyələr ötən ilin eyni dövrü ilə müqayisədə 41,7% artıb. Bu barədə 28 mart tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində məlumat verib.
Nazirin sözlərinə görə, buna səbəb onlayn nəzarət üçün innovativ alət olan yeni nəsil nəzarət kassa aparatlarının tətbiqidir.