Azərbaycanda orta aylıq əməkhaqqı 725 manat təşkil edir
2021-ci ilin yanvar-avqust aylarında işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2% artaraq 725,6 manat təşkil edib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 15 oktyabr tarixinə olan hesabatında əks olunub.