2021-ci ilin yanvar-iyul aylarında işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% artaraq 728,5 manat təşkil edib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 10 sentyabr tarixinə olan hesabatında əks olunub.