2021-ci ilin yanvar-sentyabr aylarında işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artaraq 723,2 manat təşkil edib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 12 noyabr tarixindəki hesabatında əks olunub.
İqtisadi fəaliyyət növləri üzrə ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesinə, maliyyə və sığorta fəaliyyəti sahələrinə aiddir.
2020-ci ilin ilk doqquz ayı ərzində işçilərin orta aylıq nominal əməkhaqqı 706,6 manat təşkil edib.