2020-ci ilin mart ayının 1-dən cari ilin martın 1-nə qədər vergi ödəyicilərinin sayı 9,8% artıb. Bu barədə 11 mart tarixində Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata görə, hazırda ölkədə vergi ödəyicilərinin sayı 1 milyon 352 mindən çoxdur. Onların 87,9%-i fiziki, 12,1%-i isə hüquqi şəxslərdir. Eyni dövr ərzində fiziki şəxslərin sayı 10,1%, hüquqi şəxslərin sayı isə 7,8% artıb.