Cari ilin ilk 2 ayı ərzində ölkədə vergi daxilolmaları 25,2% artaraq 1 milyard 830,4 milyon manat təşkil edib. Bu barədə 18 mart tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində məlumat verib.
Vergi daxilolmaları üzrə proqnoz 108,7% yerinə yetirilb. Nazir, həmçinin qeyd edib ki, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 41,8% artaraq 1 milyard 398,8 milyon manat olub.
Qeyd edək ki, daxilolmaların 76,4%-i qeyri-neft-qaz sektorunun payına düşüb.
#Qeyrineft-qaz sektoru üzrə daxilolmalar 41,8% artaraq 1 mlrd. 398,8 mln. manat olub və proqnoz 108,7% səviyyəsində yerinə yetirilib. Daxilolmaların 76,4%-i qeyri-neft-qaz sektorunun payına düşüb.
2/2#EconomyAz pic.twitter.com/9NLHuUW7Yc
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 18, 2022