Cari ilin ilk 3 ayı ərzində dövlət büdcəsinə vergi daxilolmaları 2,8 milyard manatdan çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% çoxdur. Bu barədə 13 aprel tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində məlumat verib.
Nazirin sözlərinə görə, proqnoz 123,8% səviyyəsində icra edilib. Həmçinin qeyd edilib ki, qeyri-neft sektoru üzrə daxilolmalar 48,9% artaraq 2,25 milyard manata yaxın olub.
#Qeyrineftsektoru üzrə daxilolmalar 48,9% artaraq 2 milyard 249.381,3 min manat olub və proqnoz 128,6% yerinə yetirilib.
2/2#EconomyAz pic.twitter.com/V7wK8oiOFC
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 13, 2022