Bugün, dekabrın 6-da Təhsil Nazirliyi və bp şirkəti arasında bərpa olunan enerji mənbələri üzrə magistr proqramının yaradılması üçün Niyyət Protokolu imzalanıb. Bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.
Nazirin sözlərinə görə, proqram çərçivəsində Böyük Britaniya universiteti ilə əməkdaşlıq və tədqiqat layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Yeni proqram üzrə hər il təqribən 40 yerli mütəxəssisin hazırlanması planlaşdırılır.
Layihə Təhsil Nazirliyi və bp tərəfindən maliyyələşdiriləcək. Bu proqrama bp 2 milyon ABŞ dolları vəsait qoyacaq.