“Azərişıq” ASC-nin əməkdaşlarını öldürməyə cəhddə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə 15 dekabr tarixində Report məlumat verib.
Qeyd edək ki, hadisə bu ilin may ayında baş verib. 1969-cu il təvəllüdlü Masallı sakini elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açıb.
Nəticədə üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.