“Azərişıq” ASC bayramla əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə məlumat qurumun Facebook səhifəsində paylaşılıb.
Cəmiyyətin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində, şəhər və rayon Elektrik Şəbəkələrində növbətçilik rejimi tətbiq ediləcək. Martın 19-dan 27-dək qəza xidməti və “199” Çağrı Mərkəzi 24 saat çalışacaq.
İstehlakçılar yarana biləcək hər hansı problemlə əlaqədar ASC-nin çağrı mərkəzinə müraciət edə bilərlər.