2021-ci ilin yanvar-iyul aylarında Azərkosmos 28,7 milyon dollar dəyərində xidmət ixrac edib. Bu barədə 31 avqust tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Dünyanın 31 ölkəsinə xidmət ixrac edilir. Ölkələrin siyahısında ilk üçlükdə ABŞ (9,6 milyon dollar), Birləşmiş Krallıq (5,8 milyon dollar) və Fransa (5,6 milyon dollar) qərarlaşıb.
Təşkilatın xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 92% təşkil edib.
Cənubi Qafqazda ilk peyk operatoru olan Azərkosmos 2010-cu ildə təsis edilib. Təşkilat peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri ixrac edir. Azərkosmosun idarəçiliyində olan ilk milli peykimiz – “Azerspace-1” 2013-cü ildə, ikinci "Azersky" peyki 2014-cü ildə, “Azerspace-2“ peyki isə 2018-ci ildə orbital mövqeyinə çıxarılıb.