“Azərpoçt” MMC-yə Novruz bayramı günlərində (19-27 mart) 34 mindən çox məktub, 351 beynəlxalq bağlama, 2 minə yaxın daxili bağlama daxil olub. Bu barədə 29 mart tarixində cəmiyyət məlumat verib.
Eyni müddət ərzində şirkətdən həmçinin 32 mindən çox məktub, 65 beynəlxalq bağlama xaric olub.
Bundan başqa, “Azərpoçt” bayramda 169 Çağrı mərkəzi və digər əlaqə kanalları vasitəsilə 2291 müraciət qəbul edib.