“Azərpoçt” MMC bayram günlərində vətəndaşlara xidmət göstərəcək. Bu barədə 18 mart tarixində Azərpoçt məlumat yayıb.
Məlumata əsasən, 19 və 26 mart tarixində respublika üzrə bütün poçt şöbələri adi iş rejimində işləyəcək.
26 mart istisna olmaqla, 20-27 mart tarixlərində yalnız növbətçi poçt şöbələri fəaliyyət göstərəcək.
Bildirilib ki, adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, bağlamalar, bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.