DİN-dən verilən məlumata görə, oktyabrın 23-də işğaldan azad edilən Çaylı kəndinə stasionar postlardan kənar yollarla daxil olan Tərtər şəhər sakinləri kənd ərazisində saxlanılıblar.
Onların gəldikləri avtomobilin yük yerinə baxış keçirilən zaman dəmir metallar aşkar edilərək götürülüb.
Məhkəmənin qərarı ilə onların hər biri 8 gün müddətinə inzibati qaydada həbs ediliblər.