İşğaldan azad edilən, amma minalardan tam təmizlənməmiş ərazilərə daxil olmağa cəhd göstərən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən oktyabrın 19-da məlumat verilib.
Belə ki, Hacıqərvənd kənd sakini Çaylı kəndinə keçmək istəyib. Onun balıq ovlamaq məqsədi ilə Suqovuşan kəndinə daxil olmaq istədiyi məlum olub.
Sözügedən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Oxşar hadisə oktyabrın 18-i də baş verib. Xocavənd rayonuna qanunsuz daxil olan şəxslər tutulub.