“Hazırda azad edilən ərazilərdə 10-a yaxın məscidin tikintisi davam etdirilir”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
Bu barədə 28 iyul tarixində Report məlumat verib.
Onun sözlərinə görə, azad edilən ərazilərdə erməni işğalçıları məscidləri, müqəddəs məkanları dağıdıblar: “Azad edilən ərazilərdə 10-a yaxın məscidin tikintisi davam etdirilir. Hətta kilsələrin də tikintisi həyata keçirilir”.