Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər həyata keçirilib. Bu barədə dekabrın 25-də Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbçilər ərzaq və isti geyimlə təmin edilib. Xidməti otaqlar mebellər, müasir tipli sanitar qovşaqları, qurutma otağı, tibb məntəqəsi, ərzaq anbarı, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Qeyd edək ki, dünən, dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni hərbi hissə istifadəyə verilib.