İşğaldan azad olunmuş ərazilərdə çirklənmiş çayların biofiltrlər vasitəsilə təmizlənməsi pilot layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Bunu oktyabrın 14-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
Onun sözlərinə görə, suvarılmada istifadə ediləcək suyun toksiki maddələrdən bioloji əsaslı filtrlər vasitəsilə təmizlənməsi həyata keçiriləcək.