2022-ci ilin yanvar-mart aylarında ölkəmizə 15 674 520 dollar dəyərində 9 milyon tondan çox ət idxal edilib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin son hesabatında əks olunub.
Hesabata əsasən, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,8% və 4,2% çoxdur.
Hesabat dövründə ölkəyə 2021-ci illə müqayisədə 52,8% çox süd idxal olunub.
Eyni zamanda, cari ilin 3 ayı ərzində 26,9 milyon dollar dəyərində kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% çox deməkdir.