2022-ci ilin yanvar-mart ayları ərzində sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,3% artıb. Bu barədə 15 aprel tarixində Dövlət Statistika Komitəsi məlumat yayıb.
Sözügedən dövr ərzində nəqliyyatçılar 345,1 milyondan çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,4%-i avtomobil nəqliyyatı, 13,2%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınmışdır.
Qeyd edək ki, ötən ilin yanvar-mart ayı ilə müqayisədə bu il yük daşımaları 5,7% artıb.