"Azərişıq" ASC-nin əməkdaşı dirəkdən yıxılaraq ölüb. Bu barədə 20 iyul tarixində Report məlumat verib.
Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ustayev Ömər Şərəfəddin oğlu işıq dirəyindən yıxılaraq, çoxsaylı sınıq xəsarətləri alıb.
O, aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.