Dövlət Məşğulluq Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Agentliyin saytında dekabrın 20-də məlumat verilib.
Əməkdaşlıq işsiz və işaxtaran şəxslərin peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması istiqamətlərini əhatə edəcək.
Həmçinin sənəddə “Məşğulluq Marafonu” çərçivəsində “Azerconnect” tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibə qazilərin məşğulluğuna dəstək verməsi, birgə innovativ layihələrin, tədbirlərin, forumların həyata keçirilməsi nəzərdə tutulub.