2021-ci ildə "Azexport" portalına 496,1 milyon ABŞ dolları dəyərində sifariş daxil olub. Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yanvar ayına olan İxrac icmalında əks olunub.
Sözügedən dövr ərzində ixrac sifarişlərinin 60,8 milyon dollarlıq hissəsi dekabr ayının payına düşür.
2021-ci ilin dekabr ayında ən çox ixrac sifarişi toyuq əti, buğda kəpəyi, alma, şərab, noxud, xurma, pomidor, kartof məhsulu üzrədir.
2017-ci ildən portala 2,7 milyard dollarlıq sifariş daxil olub.
![]()