Nardaran qəsəbəsi Ləhiş bağlarında bağ evindən 5 min manatlıq oğurluq edən 3 nəfər paytaxt sakini saxlanılıb. Bu haqda yanvarın 10-da DİN məlumat verib.
Onlar bağ evindən təmir-tikinti ləvazimatları və digər əşyalar oğurlayıblar.
Faktla bağlı araşdırma davam edir.
Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.