Ötən illə müqayisədə koronavirusun simptomlarının dəyişdiyi müşahidə olunur: "Delta" ştamı daha çox qrip və digər respirator xəstəliklərlə eynidir. Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov oktyabrın 20-də söyləyib.
Onun sözlərinə əsasən, koronavirusun yeni ştamında inkubasiya müddəti daha qısadır və ağırlaşma daha tez baş verir.
“Əvvəllər koronavirusun əsas simptomları hərarət, quru öskürək, iy və dadbilmənin itməsi idi. İndi isə iy və dadbilmənin itməsinə daha az rast gəlinir”, - deyə baş infeksionist vurğulayıb.