Ötən il korrupsiya hüquqpozmasına yol verən 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib. Bu barədə yanvarın 10-da Baş Prokurorluq məlumat yayıb.
Sözügedən dövr ərzində 39 milyon 224 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib. Həmçinin 101 milyon 373 min manatlıq əmlakın üzərinə həbs qoyulub.
Cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 195 min manatın ödənilməsi təmin olunub.