Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində 30 yaşlı oğlan bıçaqlanıb. Bu haqda aprelin 12-də APA xəbər yayıb.
Zərərçəkmiş tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Gənc döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.