Paytaxtda 162 nömrəli məktəbin 8 ç sinfində 3 şagirdin COVID-19-a yoluxduğu üçün həmin sinif 14 gün müddətinə bağlanılıb. Tədris distant formada davam edəcək. Bu barədə oktyabrın 5-də Report-a Təhsil İdarəsindən bildirilib.
Hazırda məktəbdə əyani təhsil davam edir.
Məlumata görə, təhsil işçilərinin 90%-dən çoxu vaksin olunub.