Paytaxtın Nərimanov rayonunda yeniyetmənin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə martın 29-da Report xəbər verib.
Avtomobil yolu keçən 14 yaşlı oğlanı vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma davam edir.