Bir gündə paytaxtda iki gənc intihara cəhd edib. Bu barədə dekabrın 22-də Report məlumat verib.
Binəqədi rayonunun Azadlıq prospektində 14 yaşlı qız özünü hərəkətdə olan avtomobilin qarşısına atıb. Yeniyetmə xəstəxanaya çatdırılıb. Ona bədənin müştərək travması diaqnozu qoyulub.
Eyni zamanda, Yasamal rayonunda 20 yaşlı gənc özünə kəsici alətlə çoxsaylı xəsarətlər yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Ona sol saidin çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub.
Faktlarla bağlı araşdırmalar davam edir.