Sabunçuda evlərdən oğurluq edən şəxs saxlanılıb. Bu barədə aprelin 8-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Maştağa qəsəbəsindəki 4 evdən pul, 15 000 manat dəyərində 5 ədəd qapı, 14 ədəd xalça, kombi, radiator, su qızdırıcısı, təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rauf Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.