Yanvarın 12-də paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində dəmir yolu keçidində 1 ədəd qumbara aşkarlanıb. Bu haqda yanvarın 12-də APA məlumat paylaşıb.
Məlumata əsasən, aşkar edilmiş partlayış təhlükəli əşyanın döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyənləşdirilib.
Ətraf ərazidə başqa hər hansı şübhəli əşya aşkar edilməyib.