Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikasında (Əliağa Şıxlinski küç., 59) və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikasında (Faiq Yusifov küç., 37) vaksinasiya məntəqələri yaradılıb. Bu barədə 25 avqust tarixində Səhiyyə Nazirliyindən məlumat verilib.
Həmin məntəqələrdə vaksin olunmaq üçün vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq, onlayn qaydada növbə götürə bilərlər.