Ötən gün, aprelin 5-də paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən mebel sexi yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qəsəbənin Zəki Məmmədov küçəsində baş verən yanğın söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi təqribən 3000 m² olan sexin 600 m² hissəsi yanıb.
Sexin böyük hissəsi, o cümlədən boya bölməsi yanğından mühafizə olunub.
[URIS id=40850]